Gündəm / Siyasət / Dünya
Ermənistanın təhlükəsizliyinin təminatçıları

Rusiya və İran Ermənistan üçün təhlükəsizliyin ən yaxşı təminatçısıdır.
Globalpress.az xəbər verir ki, bu fikri ABŞ Dövlət Departamentində Rusiya-Amerika prezidentlərinin ikitərəfli komissiyasının keçmiş müşaviri Ceyms Karden “American Conservative” üçün yazdığı məqalədə qeyd edib.
O qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Milli Təhlükəsizlik Şurasının əməkdaşları “İran və Rusiyanın əsas bədxahlar olmadığı dünyanı təsəvvür etmək istəmirlər”. Ceyms Kardenə görə, dünyanın bu mənzərəsi əhəmiyyətli dərəcədə “reallıqdan fərqlidir”.
Dövlət Departamentinin keçmiş müşaviri öz materialında qeyd edib ki, “Vaşinqtonda rəsmilər üçün bu nə qədər açıq və xoşagəlməz olsa da, Ermənistanın təhlükəsizliyinin ən yaxşı təminatçısı Rusiya və İrandır”.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Ermənistanı müvəqqəti vədlərə aldanmamağa çağırıb. XİN-in bir müddət əvvəl dərc etdiyi mesajda bildirilirdi ki, ABŞ və Avropa İttifaqı Ermənistanın KTMT və Aİİ-dən çıxmasına çalışır, bununla da Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləməyə və ölkələr arasında nifaq salmağa cəhd edir.