Gündəm / Siyasət / Dünya
Rusiya müharibə iştirakçılarına torpaq paylayır

Rusiyada “Ədalətli Rusiya – Həqiqət naminə” partiyası Ukraynadakı müharibə iştirakçılarına torpaqların pulsuz paylanması haqqında qanun layihəsi hazırlayır.
Globalpress.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb.
“Xüsusi hərbi əməliyyat zamanı tapşırıqları yerinə yetirmiş döyüş veteranları arasından Rusiya vətəndaşlarına torpaq sahəsinin pulsuz istifadəyə verilməsi təklif olunur”, – məlumatda deyilir.
Partiya lideri Sergey Mironov artıq qanun layihəsini Dövlət Dumasına təqdim edib.