Gündəm / Siyasət / Dünya
13:50, 04 Nisan 2024
0

NATO Ukraynaya yardım ayırır

NATO  Ukraynaya yardım ayırır


NATO üzvləri bu günə qədər Ukraynaya milyardlarla dollarlıq silah yardımı edib.
Globalpress.az xəbər verir ki, NATO xarici işlər nazirləri 100 milyard avroluq (107 milyard dollar) 5 illik bir fond təklifi və Kiyevə yardımı “Tramp qorumalı” hala gətirmənin bir yolu olaraq nəzərdən keçirilən plan da daxil olmaqla Ukraynaya uzunmüddətli əsasda hərbi dəstəyin necə veriləcəyini müzakirə etmək üçün çərşənbə günü görüşürlər.

Diplomatlar bildirirlər ki, NATO-nun Baş katibi Yens Stoltenberqin təklifləri Qərb alyansına Rusiyanın işğalına qarşı mübarizə aparan Ukraynaya silah, sursat və texnika tədarükünün koordinasiyasında daha birbaşa rol verəcək.

Planlar Şimali Atlantika Müqaviləsi Təşkilatının yaradılmasının 75-ci ildönümünü qeyd etmək və iyulda Vaşinqtonda alyans liderlərinin sammitinə hazırlıq məqsədilə Brüsseldə keçiriləcək iki günlük toplantıda müzakirə olunacaq.
Digər xəbərlər: