Gündəm / Siyasət / Dünya
KTMT Paşinyanın iddialarına cavab verib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır
Globalpress.az xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb
“Məsuliyyət zonası” anlayışı son dərəcə mürəkkəbdir. Ermənistan rəsmiləri bu məsələni gündəmə gətirməklə diqqəti konkret cavabdan daha çox ölkə daxilindəki vəziyyətə cəlb etmək istəyir. Bir daha bəyan edirik ki, 2010-cu ildəki razılaşmaya əsasən təşkilatın “məsuliyyət zonası” yalnız ona üzv olan istənilən dövlətin suveren sərhədləri ilə məhdudlaşan ərazisidir”.
Qeyd edək ki, martın 12-də keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan bu suala cavab verilməyəcəyi təqdirdə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlüyündən imtina edəcəyini açıqlayıb.