Gündəm / Siyasət / Dünya
15:05, 28 Mart 2024
0

Bu məndə narahatlıq doğurur

Bu məndə  narahatlıq doğurur


Rusiya prezidenti Vladimir Putin “Rusiya yalnız ruslar üçündür” açıqlamalarından narahat olduğunu bildirib.

Globalpress.az xəbər verir ki, Putin belə fikirləri yolverilməz adlandırıb: “Rusiyanın yalnız ruslar üçün olduğunu deyənlər məndə narahatlıq yaradır. Nəzərə alsaq ki, ölkədə 190 etnik qrup yaşayır və bəzi millətlər milyonlarla xalq tərəfindən təmsil olunur. Yerdə qalan hamının yad olması ilə bağlı dağıdıcı fikirləri həyata keçirməyə başlayan kimi, dövləti məhv etmiş olarıq. Əsas qurbanlar isə rus xalqı olacaq”.

Rusiyada ksenofobiya “Crocus City Hall”da olan terror aktından sonra artıb. FTX iş üzrə 11 nəfəri saxladığını bildirib. Təqsirləndirilən şəxslərin Tacikistan vətəndaşları olduğu üzə çıxıb.
Digər xəbərlər: