Gündəm / Siyasət / Dünya
Belçika Senatı təxribatçı addım atır

Martın 25-də Belçika Senatında “Cənubi Qafqazda geosiyasi hadisələr: diqqət Ermənistan və Dağlıq Qarabağa” adlı dəyirmi masa keçiriləcək. Tədbirin məqsədi 2020-ci ilin sentyabrından bu günə qədər Cənubi Qafqazda baş verən geosiyasi hadisələri, Dağlıq Qarabağ (keçmiş - red.) münaqişəsi və Ermənistan Respublikasının üzləşdiyi çağırışlar kontekstində təhlil etməkdir.
Globalpress.az xəbər verir ki, dəyirmi masanın əsas məruzəçiləri Belçika Federal Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Els Van Hof, beynəlxalq danışıqlar üzrə analitik Paul Merts, Clingendael İnstitutunun həmtəsisçisi, yazıçı, diplomat Olivye Veber və Dağlıq Qarabağın separatçı Ombudsmanı Qeqam Stepanyan olacaqlar.
Çıxış edənlər regionda baş verən hadisələrə beynəlxalq insan haqları nöqteyi-nəzərindən işıq salacaq, beynəlxalq ictimaiyyətin reaksiyasını təhlil edəcək, xüsusilə Aİ-nin rolundan danışacaqlar. Müzakirə iştirakçıları həmçinin gələcək perspektivlər, mövcud vəziyyətdən çıxış yolları və qondarma Artsax ermənilərinin ayrılmaz hüquqlarını qorumaq üçün atılmalı olan zəruri addımlar haqqında danışacaqlar.
Armenpress
Daha çox xəbər:

Mərkəz rəhbəri: "Azərbaycan Minsk qrupunun hazırkı yanaşmasını qəbul etmir"

Avropa Parlamenti: Münaqişə Azərbaycanın sərhədləri çərçivəsində həll olunmalıdır - BƏYANAT

Mirzoyandan BMT baş katibinə absurd xahiş

İlham Əliyev: “İkinci Qarabağ müharibəsi vəziyyəti köklü şəkildə dəyişdi”

Nazir Ceyhun Bayramovun Birləşmiş Krallıqda Kral Beynəlxalq Münasibətlər İnstitutunda dəyirmi masa müzakirələrində iştirakına və çıxışına dair mətbuat məlumatı