Gündəm / Siyasət / Dünya
Rusiya Ukraynanın bu ərazilərini işğal etdi

Rusiya qüvvələri Avdiv vilayəti ərazisində Tonenka və Nevelski kəndlərini ələ keçiriblər.
Globalpress.az- ın məlumatına görə, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
Məlumata görə, Rusiyanın 110-cu motoatıcı briqadasının bölmələri Nevelskidə bayraq qaldırıb. Həmçinin, Rusiyanın zirehli kolonunun Tonenkodan qərbə doğru irəlilədiyi bildirilib.
Qeyd edək ki, daha öncə Rusiya hərbi mənbələri Ukrayna ordusunun Avdiv yaxınlığında əks-hücumlarının zəiflədiyini iddia etmiş, buna onların ehtiyatlarıının tükənməsini səbəb göstərmişdilər.