Gündəm / Siyasət / Cəmiyyət
17:55, 14 Mart 2024
0

XİN rəhbərlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

XİN  rəhbərlərinin  müzakirə  edəcəyi məsələlər  açıqlanıb


Martın 15-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili azərbaycanlı və türkiyəli həmkarları Ceyhun Bayramov və Hakan Fidanla birlikdə Gürcüstan-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak edəcək.

Globalpress.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

“Görüşdə tərəflər üçtərəfli format çərçivəsində ölkələr arasında mövcud əməkdaşlıq məsələlərini və bu əlaqələrin möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər”, - məlumatda qeyd olunub.

Bəyanatda vurğulanıb ki, tərəflər üçtərəfli əməkdaşlıq formatı çərçivəsində sektoral əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə fokuslanacaqlar, həmçinin hər üç ölkənin iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələrinə diqqət yetiriləcək.

Bəyanatda bildirilib ki, XİN başçılarının üçtərəfli formatda görüşü çərçivəsində nazir Darçiaşvili Ceyhun Bayramov və Hakan Fidanla ikitərəfli görüşlər də keçirəcək.
Digər xəbərlər: