Gündəm / Cəmiyyət / Hadisə
07:40, 13 Mart 2024
0

Ehtiyatsızlıqdan iki əməkdaşımız həlak olub

Ehtiyatsızlıqdan  iki  əməkdaşımız  həlak olub


Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar.
Globalpress.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar.



Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən həyatını itirib.



Araşdırma aparılır.
Digər xəbərlər: