Gündəm / İqtisadiyyat / Dünya
ABŞ Ukraynaya yardım ayıra bilər

Globalpress.az- ın məlumatına görə, ABŞ-ın Ukraynaya 60 milyard dollar məbləğində yardımı ehtivan edən yeni qanun layihəsi martın sonunda və ya apreldə hazırlana bilər.
Nümayəndələr Palatasının spikeri Mayk Conson bu məsələ ilə bağlı yeni ikipartiyalı qanun layihəsi hazırlayan bir qrup respublikaçı ilə görüşüb. Kiyevə (eləcə də ABŞ-nin digər tərəfdaşlarına) yardımın və Meksika ilə sərhədin möhkəmləndirilməsi tələblərinin daxil edilməsi planlaşdırılır.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol sənədin yekunlaşdırılmasında “aparıcı rol” oynayacaq.
Conson hələ planla bağlı mövqe tutmayıb və ya ona səs verməyi öhdəsinə götürməyib.
İclasda o, respublikaçı həmkarlarına öncə ABŞ büdcəsini qəbul etməli olduqlarını bildirib. Bu proses martın ortalarına qədər yekunlaşacaq.
Mənbə CNN