Gündəm / Siyasət / Dünya
10:45, 01 Mart 2024
0

Lavrov Türkiyəyə səfər edib

Lavrov  Türkiyəyə səfər edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyəyə gəlib.

Globalpress.az xəbər verir ki Lavrov tədbir çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla da danışıqlar aparacaq.

Nazirlərin ilk növbədə ikitərəfli əməkdaşlığın vəziyyətini və qarşılıqlı maraq doğuran sahələrə (ticarət, enerji, təhlükəsizlik, bank işi və turizm) aid məsələləri müzakirə edəcəyi gözlənilir.

Mənbə TASS

Forum çərçivəsində Lavrovun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev, eləcə də Esvatini kralı Üçüncü Msvati ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.
Digər xəbərlər: