Gündəm / Siyasət / Dünya
14:30, 29 Şubat 2024
0

Putin Federal Məclisə müraciət edir

Putin  Federal  Məclisə müraciət edir



Rusiya Prezidenti Vladimir Putin bu ölkənin Federal Məclisinə müraciətlə çıxış edir.

Globalpress.az xəbər verir ki, Putin Federal Məclisdə – ölkə parlamentinin hər iki palatasında 19-cu dəfədir çıxış edir.

Konstitusiyaya görə, Rusiya Prezidenti hər il Federal Məclisə müraciət edir. Bu il Rusiya Federasiyası Prezidentinin qarşıdakı altı il üçün hədəflər qoyacağı gözlənilir.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putin mesajını təkcə hazırkı dövlət başçısı kimi deyil, həm də prezidentliyə namizəd kimi açıqlayacaq.

O deyib: “Bir çox cəhətdən bu, onun seçkiqabağı proqramı olacaq”.

Peskov, həmçinin qeyd edib ki, müraciətdə 2030-cu ildən daha uzun müddətə nəzərdə tutulan tezislər yer alacaq.
Digər xəbərlər: