Gündəm / Siyasət / Cəmiyyət
Ombudsmanın məruzəsi müzakirəyə çıxarılıb

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi Milli Məclisdə müzakirəyə çıxarılıb.
Globalpress.az xəbər verir ki, illik məruzə parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasının gündəliyinə salınıb.
Məruzə barədə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib.
O bildirib ki, keçən il Ombudsmanın ünvanına 29 min 411 müraciət daxil olub: “Müraciətlərə Konstitusiya Qanunu ilə müəyyən edilmiş müddətlərdə baxılıb və cavablandırılıb. Azadlıq hüququnun təmini ilə bağlı Ombudsmanın ünvanına daxil olan müraciətlərdə, əsasən, şəxsiyyət vəsiqəsi ilə təmin edilmə, yaşayış yeri üzrə qeydiyyata alınma, şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin deaktiv edilməsi, ölkədən çıxışa qoyulmuş məhdudiyyətin götürülməsi və bu kimi digər məsələlər öz əksini tapıb. Bu müraciətlər üzrə səlahiyyətli dövlət qurumlarına müraciətlər edilib, hüquqların bərpası istiqamətində zəruri tədbir görülüb”.
Daha çox xəbər:

Ombudsman deputatlara 2023-cü ilin məruzəsini təqdim edəcək

Ombudsman Səbinə Əliyeva 2023 cü ilin məruzəsini təqdim etdi

Ombudsman Səbinə Əliyeva 2023 cü ilin məruzəsini təqdim etdi

Parlamentdə Ombudsmanın və MEDİA-nın iştirakı ilə dinləmə keçiriləcək

Milli Məclisin plenar iclasının gündəliyi açıqlandı