Gündəm / Dünya / Hadisə
Qəzzada 161 BMT əməkdaşı öldürülüb

İsrailin Qəzza zolağında 143 gündür davam etdirdiyi hücumlarda 161 BMT əməkdaşı öldürülüb.
Globalpress.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin dərc etdiyi hesabatda qeyd edilib.
Bəyanatda səhiyyə işçilərinin də hədəf alındığı bildirilir.
Məlumata görə, 7 oktyabr 2023-cü il və 12 fevral 2024-cü il tarixləri arasında səhiyyə xidmətlərinə 378 hücum olunub.