Gündəm / Hadisə / Dünya
Ukraynanın itkiləri açıqlanıb

Rusiya müharibənin 733-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Globalpress.az- ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 574 təyyarəsi, 267 helikopteri, 13 354 PUA-sı, 474 zenit-raket kompleksi, 15 237 tank və digər zirehli texnikası, 1 226 reaktiv yaylım atəş sistemi, 8 167 artilleriya və minaatanı, 19 095 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib