Gündəm / Siyasət / Dünya
İlham Əliyev Paşinyanla görüşdən razı qalıb

Almaniyanın Cənubi Qafqazda heç bir təsiri yoxdur, ona görə də Şoltsun vasitəçiliyinə böyük əhəmiyyət verməyə ehtiyac yoxdur.
Globalpress.az xəbər verir ki, bunu enerji təhlükəsizliyi üzrə erməni ekspert Armen Manvelyan deyib.
O qeyd edib ki, İlham Əliyev Paşinyanla görüşdən razı qalıb.
“Bu o deməkdir ki, Ermənistan üçün risklər artır, çünki o, hansısa başqa güzəştə razı olub. Söhbət Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinə istinadın çıxarılması ilə bağlı ola bilər. Amma bu, Azərbaycanı dayandıra bilməz. O, bunu Ermənistan dövləti məhv edilənə qədər sonsuz güzəştlər, o cümlədən anklavlar, Ermənistana 200-400 min nəfər azərbaycanlının köçürülməsi və s. tələblər şəklində davam etdirəcək”, - deyə Manvelyan bildirib.
Erməni ekspert vurğulayıb ki, Almaniyada Ermənistan hakimiyyəti Azərbaycanın xeyrinə növbəti güzəştə razılaşıb.
Daha çox xəbər:

Əliyev-Paşinyan görüşü keçirilə bilər - RƏSMİ

Prezident İlham Əliyev Paşinyanla görüşün şərtini açıqladı

İlham Əliyevlə Şarl Mişel arasında telefon danışığı olub - Nələr müzakirə edilib?

Politoloq: “Ermənistan Rusiyanın üzünə gülümsəyərək ona arxadan zərbə vurur”

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb