Gündəm / Dünya / Siyasət
15:08, 22 Şubat 2024
0

Bu ölkələr birgə sursat istehsal edəcək

Bu ölkələr birgə sursat  istehsal edəcək


Pentaqon Türkiyə ilə birgə sursat istehsalına başlandığını təsdiqləyib.
Globalpress.az xəbər verir ki, 155 mm-lik sursat üçün metal hissələr Türkiyənin müdafiə sektorundan olan şirkətlərlə əməkdaşlıq çərçivəsində qurulan ABŞ müəssisələrində istehsal olunacaq. Bu barədə Türkiyənin Anadolu xəbər agentliyinə Pentaqonun sözçüsü Yurgensen məlumat verib.

O qeyd edib ki, Texasdakı üç zavodda istehsalın 2025-ci ilin sonunadək başlanması planlaşdırılır. Bu zavod ayda 30 min patron istehsal gücünə malik olacaq.

Fevralın 14-də ABŞ-nin Türkiyədəki səfiri Fleyk “Türkiyə ilə güclü münasibət Amerikanın maraqlarına uyğundur” başlıqlı məqaləsində qeyd edib ki, ABŞ Türkiyə ilə əməkdaşlıq yolu ilə silah-sursat ehtiyatını artıracaq.
Digər xəbərlər: