Gündəm / Cəmiyyət / Sosial
Baş Prokurorluq məlumat yayıb

Bəzi media qurumları tərəfindən rəsmi qurumla dəqiqləşdirmə aparmadan Nərgiz Nəcəfovanın Ağdam rayonu ərazisində itkin düşməsi faktına dair təhrif olunmuş məlumatlar yayılıb.
Globalpress.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edilən hallar jurnalist etikasının pozulmasına səbəb olmaqla yanaşı, qanunvericiliklə nəzərdə tutulan qaydada inzibati və cinayət məsuliyyətinə səbəb olur: "Süni ajiotaj yaratmaq məqsədilə ictimailəşdirilmiş həmin məlumatlarla bağlı bildirilir ki, Ağdam rayon sakini 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 4 il əvvəl itkin düşməsi faktına dair bütün təfərrüatlar hərtərəfli araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi əsasında cinayət işi başlanmaqla istintaq aparılır.
Media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və təhrif olunmuş məlumatların ictimailəşdirilməsindən çəkinməyi xahiş edirik".
Daha çox xəbər:

Baş Prokurorluq müraciət edib

Baş Prokurorluq: "Həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır"

Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb

Baş prokurorluq mediaya çağırış etdi.

Azərbaycan bayrağını təhqir edən erməni futbolçulara cinayət işi açıldı