Gündəm / Siyasət / Dünya
07:12, 22 Şubat 2024
0

Liderlərin görüşü gözlənilir

Liderlərin  görüşü  gözlənilir


Albaniyanın Baş naziri Edi Rama Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyini bildirib.
Globalpress.az- ın məlumatına görə, bu barədə Türkiyənin “TRT World” telekanalı “X” sosial şəbəkəsində məlumat yayıb.

Nəşr qeyd edir ki, Ərdoğan Ramanın Ankaraya səfəri zamanı görüşə dəvət alıb. O, yaxın günlərdə Zelenskinin iştirak edəcəyi yüksək səviyyəli görüşün olacağını bildirib. Ukrayna münaqişəsi ilə bağlı görüş Cənub-Şərqi Avropa ölkələrinin sammiti çərçivəsində keçiriləcək.

Rama Ərdoğanın görüşdə iştiraka razı olduğunu vurğulayıb.
Digər xəbərlər: