Gündəm / Cəmiyyət / Hadisə
15:25, 21 Şubat 2024
0

Kamil Zeynallı azadlığa buraxıldı

Kamil Zeynallı azadlığa buraxıldı


Kamil Zeynallı azadlığa buraxılıb
Globalpress.az- ın məlumatına görə, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat yayıb.

O, bu gün Bakıya geri qayıdacaq - deyə o qeyd edib.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib. Ermənistan Daxili İşlər Nazirliyi Kamil Zeynallını beynəlxalq axtarışa verdiyini təsdiqləyib.

Azərbaycanın Rusiyadakı Səfirliyi bu ölkənin qanunvericiliyi çərçivəsində lazımi hüquqi tədbirlər gördüyünü və saxlanılan şəxsin hüquqlarının təmin edilməsi üçün bütün səyləri göstərdiyini açıqlayıb.
Digər xəbərlər: