Gündəm / Siyasət / Dünya
17:00, 19 Şubat 2024
0

Qərbin bəyanatları qəbuledilməzdir

Qərbin  bəyanatları  qəbuledilməzdir


Kremlin sözçüsü Dmitri Peskov müxalifətçi Aleksey Navalnının həbsxanada ölümü ilə bağlı Qərb ölkələrinin Rusiya administrasiyasına qarşı “kobud” bəyanatlar səsləndirdiyini və bunun “qəbuledilməz” olduğunu, Navalnının ölümü ilə bağlı istintaq prosesinin davam etdiyini bildirib.
Globalpress.az xəbər verir ki, Paytaxt Moskvada aktual problemlərlə bağlı jurnalistlərə açıqlamalar verən Peskov Navalnının həbsxanada ölməsi məsələsinə toxunub.

"Navalnının cənazəsi ailəsinə nə vaxt veriləcək" sualına Peskov belə cavab verib: "Bizi bu məsələ maraqlandırmır. Bu, prezident administrasiyasının funksiyası deyil".

Navalnının ölümü ilə bağlı istintaq prosesi ilə bağlı Peskov, "Proses davam edir. Bununla bağlı bütün lazımi prosedurlar həyata keçirilir. İstintaqın nəticələri hələ ictimaiyyətə açıqlanmadığından, hələlik məlum deyil" deyib.

Peskov Qərb ölkələrinin Navalnının ölümü ilə bağlı Rusiya rəhbərliyinə qarşı açıqlamalar verdiyinə diqqət çəkib və belə davam edib:

"Məlumat olmayanda açıq-aşkar kobud ifadələr səsləndirmək qətiyyən yolverilməzdir. Bu, belə bəyanatlar verən dövlət adamlarına yaraşmır. Təbii ki, bu bəyanatlar prezidentə zərər verə bilməz, lakin bu, açıqlama verənlər üçün heç də xoş deyil".
Digər xəbərlər: