Gündəm / Hadisə / Dünya
Türkiyədə FETO- culara qarşı əməliyyat keçirilib

Türkiyədə 14 şəhərdə FETÖ-yə qarşı əməliyyat keçirilib.
Globalpress.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya bildirib.
Nazir qeyd edib ki, Konya, Ərdahan, Manisa, Kayseri, Bursa, Rize, Çanaqqala, Şanlıurfa, Aksaray, Ankara, Afyonkarahisar, Kırşehir, Kırıkkale və Əskişəhərdə eyni vaxtda keçirilən əməliyyatla FETÖ üzvü olmaqda şübhəli bilinən 42 nəfər tutulub: "Saxlanılanlar vaxtilə polis və hərbi strukturlarda FETÖ-nün təşkilatlanmasında mühüm rol oynayıblar".
Məlumata görə, əməliyyatlar nəticəsində saxta şəxsiyyət vəsiqələri, külli miqdarda türk lirəsi və rəqəmsal materiallar ələ keçirilib.