Gündəm / Siyasət / Dünya
Ukrayna bu sazişlərdən çıxıb

Ukrayna MDB ilə bağladığı üç sazişdən çıxıb.
Globalpress.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Melniçuk aydınlaşdırıb ki, bu, 1992-ci il mayın 15-də Daşkənddə imzalanan hərbi daşımaların prinsipləri və proseduru haqqında, eyni zamanda şəkərli diabet (2008) və əhali arasında yod çatışmazlığı vəziyyətinin qarşısının alınması haqqında sazişlərdir. (2011).
Xatırladaq ki, daha əvvəl Ukrayna standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində koordinasiyalı siyasətin aparılması haqqında MDB sazişindən çıxıb.