Gündəm / Siyasət / Dünya
14:30, 09 Şubat 2024
0

NATO Müdafiə nazirlərinin iclası keçiriləcək

NATO  Müdafiə  nazirlərinin iclası keçiriləcək


NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasının konkret tarixi və gündəliyi açıqlanıb.
Globalpress.az xəbər verir ki, toplantı iki gün - fevralın 14-15-də keçiriləcək.

İclasın açılış mərasimində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin çıxış edəcək.

Toplantının ilk günündə Ukrayna Müdafiə Əlaqə Qrupunun iclası təşkil olunacaq.

Növbəti gün NATO-nun Baş katibi Yens Stoltenberq bəyanatla çıxış edəcək.

Həmçinin Alyansın və NATO-Ukrayna Şurasının iclası keçiriləcək.

Ardınca Y.Stoltenberq mətbuat konfransında danışacaq, jurnalistlərin suallarını cavablandıracaq
Digər xəbərlər: