Gündəm / Cəmiyyət / Təhsil
Qarabağ Universitetində tələbələr dövlət hesabına təhsil alacaqlar

Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində bakalavr səviyyəsi üzrə 20 ixtisas tədris olunacaq.
Globalpress.az xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, növbəti mərhələdə 10 istiqamət üzrə ixtisaslar olacaq: "Ali təhsil müəssisəsində mərhələli şəkildə 10 min şəxsin təhsil alması nəzərdə tutulur. Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetinin tələbələrinə təqaüd təyin olunacaq".
Onun sözlərinə görə, Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur: "Ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır. Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".
Daha çox xəbər:

Qarabağ Universitetində tədris gələn ilin sentyabrında başlayacaq

2023–2024-cü tədris ili üzrə 5 nəfər HTP çərçivəsində Qazaxıstanda təhsil almaq hüququ qazanıb

Təhsil tələbə krediti müraciətlərinə başlanılır

AzMİU: "İmtahana gələ bilməyən tələbələr üçün şərait yaradılacaq"

Bu şəxslərin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək