Gündəm / Siyasət / Cəmiyyət
MEDİA və Audiovizual Şura ilə Mərakeşin media orqanlarının nümayəndələri arasında görüş olub

Fevralın 6-da Medianın İnkişafı Agentliyinin və Azərbaycan Respublikası Audiovizual Şurasının nümayəndələrinin ölkəmizdə səfərdə olan Mərakeşin nüfuzlu media orqanlarının nümayəndələri ilə görüşü keçirilib.
Globalpress.az xəbər verir ki, görüşdə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanından irəli gələrək ölkəmizdə media sahəsində həyata keçirilən islahatların mahiyyəti, “Media haqqında” Qanunun məqsədləri, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının, məsuliyyətinin və cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlər haqqında geniş məlumat verib.
Əhməd İsmayılov ikitərəfli əməkdaşlığın genişləndirilməsi və fəal informasiya mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb.
Audiovizual Şuranın sədri İsmət Səttarov Azərbaycanda fəaliyyət göstərən audiovizual media subyektləri haqqında, televiziyada reklamın yayımlanması, reytinq ölçülməsi sisteminin fəaliyyəti barədə məlumatları qonaqların diqqətinə çatdırıb.
Mərakeşli jurnalistlər görüşün təşkilinə görə təşəkkürlərini bildirib, səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, media sahəsində effektiv təcrübələrin paylaşılmasının zəruriliyi məsələlərinə toxunublar.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər mövzularla bağlı fikir mübadiləsi aparılıb
Daha çox xəbər:

MEDİA və Audiovizual Şura ilə Mərakeşin media orqanlarının nümayəndələri arasında görüş olub

Əhməd İsmayılov Avropa Şurasının məruzəçilər qrupu ilə görüşdü

MEDİA rəhbəri xarici jurnalistlərlə görüşüb

Əhməd İsmayılov ilə Kirsti Narinen arasında görüş keçirildi

Medianın İnkişafı Agentliyində xarici jurnalistlərlə görüş keçirildi