Gündəm / Siyasət / Dünya
16:00, 31 Ocak 2024
0

Nəyin sərfəli olduğunu anlamaq lazımdır

Nəyin sərfəli olduğunu  anlamaq lazımdır


Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nəyə gətirib çıxaracağını anlamalıdır.
Globalpress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə İrəvanın NATO ilə yaxınlaşması haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, əgər kimsə (NATO ilə - red.) yaxınlıq istəyirsə, bunun nə qədər təhlükəli olduğunu və nəyə gətirib çıxaracağını başa düşməlidir.

M.Zaxarova qeyd edib ki, ilk növbədə Ermənistanın özünə, onun milli maraqlarına nəyin sərfəli olduğunu anlamaq lazımdır.

“Xəritə açıb bu ölkənin hansı regionda, hansı qonşular arasında yerləşdiyini görmək, tarix kitablarını oxumaq lazımdır", - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Digər xəbərlər: