Gündəm / Siyasət / Dünya
15:58, 29 Ocak 2024
0

İbrahim Rəisi Pakistana gedəcək

İbrahim Rəisi  Pakistana gedəcək


İran prezidenti İbrahim Rəisinin yaxın gələcəkdə Pakistana səfəri baş tutacaq.
Globalpress.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Pakistanın paytaxtı İslamabadda pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə birgə mətbuat konfransında deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, İran tərəfi İran prezidentinin Pakistana rəsmi səfəri ilə əlaqədar Pakistan dövlətindən rəsmi dəvət alıb.

Əmir Abdullahian deyib ki, bununla əlaqədar bu gün qeyd olunan səfər proqramı üzərində işləmək haqda razılıq əldə olunub.

Qeyd edək ki, yanvarın 16-da İran silahlı qüvvələri “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qərargahına hücum edib. Pakistanda yerləşən qərargahı vurmaq üçün pilotsuz uçuş aparatları və raketlərdən istifadə edilib. Nəticədə 2 uşaq ölüb, 3 nəfər yaralanıb. Hadisədən sonra Pakistan İrandakı səfirini geri çağırıb və İran səfirinin Pakistana səfər etməməsini istəyib.

Əlavə edək ki, ötən gecə (17 yanvar) Pakistanın İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Səravan rayonunun sərhəd kəndlərindən birinə raket zərbələri endirib. Hücumlar nəticəsində 10 nəfər ölüb.

26 yanvarda İran və Pakistan səfirləri öz iş yerlərinə geri dönüblər.
Digər xəbərlər: