Gündəm / Hadisə / Dünya
Ukraynanın itkiləri açıqlanıb

Rusiya Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Globalpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 231 PUA-sı, 452 zenit-raket kompleksi, 14 794 tank və digər zirehli texnikası, 1 209 reaktiv yaylım atəş sistemi, 7 861 artilleriya və minaatanı, 17 878 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.