Gündəm / Hadisə / Dünya
Rusiyanın müharibədə itkiləri açıqlanıb

Rusiya indiyə qədər 378 660 hərbçi, 6 227 ədəd tank, 11 579 ədəd zirehli döyüş maşını, 9008 ədəd artilleriya sistemi, 971 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 659 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 005 ədəd avtomobil texnikası, 6 998 ədəd PUA, 1 842 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1416 xüsusi avadanlıq itirib.
Globalpress.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi artıq 700 gündür davam edir.