Gündəm / Siyasət / Dünya
00:15, 24 Ocak 2024
0

Türkiyə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edib

Türkiyə  İsveçin NATO-ya  üzvlüyünü  ratifikasiya edib


Türkiyə İsveçin NATO-ya üzvlüklə bağlı müraciətini təsdiqləyib.
Globalpress.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) sözügedən sənədi ratifikasiya edib.

Sənədin lehinə 287 parlament üzvü səs verib. 55 nəfər sənədin əleyhinə səs verib, 4 nəfər bitərəf qalıb.

Parlamentin qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.

Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.
Digər xəbərlər: