Gündəm / Siyasət / Dünya
13:45, 23 Ocak 2024
0

İran prezidenti Türkiyəyə səfər edəcək

İran prezidenti  Türkiyəyə səfər edəcək


İran prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə rəsmi səfər edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

İran prezidentinin Ankaraya səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutacaq.

Türkiyəli həmkarı ilə görüşdən əlavə İran və Türkiyə prezidentlərinin iştirakı ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının keçiriləcəyi gözlənilir.
Digər xəbərlər: