Gündəm / Cəmiyyət / Sosial
Rəqabət Məcəlləsi gəlir: Nələr DƏYİŞİR? - VİDEO

Rəqabət Məcəlləsi bu il ərzində tətbiq olunacaq.
Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
2023-cü ildə Azərbaycanda haqsız rəqabətə yol vermə əlamətləri üzrə 48 işə baxılması başa çatıb, qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib. 90 bazar subyektində bir sıra mal və yaxud xidmətinin reklamı zamanı qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Xidmət rəisi dərman vasitələrindəki süni qiymət artımına da münasibət bildirib.
Konfransda həmçinin bildirilib ki, istehlakçılar tərəfindən bizə daxil olan şikayətlərin əksəriyyəti rəflərdəki qiymətlərlə kassadakı qiymətlərin fərqli olması ilə bağlıdır.
“Sübutlar olduğu təqdirdə biz bunu protokollaşdıraraq müvafiq addımlar atırıq" - deyə vurğulanıb.
Ətraflı Xəzər TV-nin süjetində:
Daha çox xəbər:

Məmməd Abbasbəyli: "Azərbaycanda maliyyə sanksiyaları və cərimələr sərtləşəcək"

MM Rəqabət Məcəlləsi haqqında qanunu təsdiq edib

İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təlim keçirildi

İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təlim keçirildi

Qiymət artımı görsəniz, bu nömrələrə zəng vurun! - Rəsmi xəbərdarlıq