Gündəm / Siyasət / Dünya
17:00, 19 Ocak 2024
0

Aİ Rusiyaya yeni sanksiya tətbiq edəcək

Aİ  Rusiyaya  yeni sanksiya tətbiq edəcək


Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı müzakirələrə başlayıb.
Globalpress.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, Aİ fevralın 24-nə qədər təsdiqləməyi hədəfləyən yeni sanksiyalar paketi üzrə müzakirələrə başlayıb.

Potensial sanksiyalar daha çox hüquqi və fiziki şəxslərin bu siyahıya salınması, daha çox ticarət məhdudiyyətləri və Moskvanın həm üçüncü ölkələr, həm də Aİ daxilindəki şirkətlər vasitəsilə blokun sanksiyalarından yan keçmək "qabiliyyəti"nə qarşı təzyiqi ehtiva edə bilər.

Xatırladaq ki, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin ikinci ili tamam olacaq.
Digər xəbərlər: