Gündəm / Siyasət / Dünya
17:00, 17 Ocak 2024
0

Avropa Parlamenti bəyanat yayıb

Avropa  Parlamenti bəyanat yayıb


Avropa Parlamenti (AP) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Avropanın aparıcı deputatlarının Azərbaycanda 2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə bağlı mətbuata bəyanatında deyilir.
“Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək və buna görə də, nə prosesin özü, nə də ondan sonra elan olunacaq nəticələr barədə şərh verməyəcək. Avropa Parlamentinin heç bir üzvünün onun adından bu seçki prosesini müşahidə etmək və ya şərh etmək səlahiyyəti yoxdur”, - deyə bəyanatda bildirilir.
Bəyanatda vurğulanır ki, buna görə də, Avropa Parlamentinin hər hansı üzvü bu seçki ilə bağlı şərh vermək qərarına gələrsə, o, bunu öz təşəbbüsü ilə etməli və heç bir halda Avropa Parlamentini təmsil etməməli və ya hər hansı bəyanat və ya hərəkətə yol verməməlidir.
Bəyanatı Xarici Əlaqələr Komitəsinin sədri, Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun həmsədri Devid MakAlister və İnkişaf Komitəsinin sədri, Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun həmsədri Tomas Tobe imzalayıblar.
Qeyd edək ki, Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupu beynəlxalq səviyyədə seçkiləri izləyir, demokratiya və insan haqlarını təbliğ edir.
Digər xəbərlər: