Gündəm / Cəmiyyət / Səhiyyə
Mərkəzi Dəmiryolu Xəstəxanasının təyinatı bəlli olub

Nazirlər Kabinetinin Sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Qabil Süleymanov küçəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
Globalpress.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nazirliyə xəstəxanada müasir tələblərə cavab verən yeni infrastrukturun yaradılması tapşırılıb:
Məlum olduğu kimi, bu ilin iyulun 1-dən rayon, şəhər çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarların qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.
Sözügedən xəstəxananın da bu istiqamətdə fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunması nəzərdə tutulub. Bu barədə ətraflı məlumatlar mütəmadi olaraq təqdim ediləcək
Daha çox xəbər:

Prezidentdən hərbi xidmətə çağırışla bağlı fərman

Son beş ayda 21,4 min şəxsə əlillik təyin edilib, 26,5 min şəxsə reabilitasiya xidməti göstərilib

Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olundu - FOTO

Yanvar-iyun aylarında 25,5 min şəxsə əlillik təyin olunub, 32,1 min şəxsə reabilitasiya xidməti göstərilib

Əlilliyi təyin edən komissiya sədrinə 10 il həbs cəzası verildi