Gündəm / Siyasət / Cəmiyyət
08:00, 15 Ocak 2024
0

Millət vəkillərinin tətili başa çatdı

Millət vəkillərinin  tətili başa çatdı


Milli Məclisin deputatlarının məzuniyyəti başa çatıb.
Globalpress.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.

Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Beləliklə, fevralın 1-dək olan müddətdə parlamentin komitələrinin iclasları keçiriləcək, komitələrin İş planları qəbul ediləcək, daxil olan qanun layihələri müzakirə edilərək plenar iclasa tövsiyə olunacaq.
Digər xəbərlər: