Gündəm / Siyasət / Cəmiyyət
10:25, 12 Ocak 2024
0

Medianın İnkişafı Agentliyi üç yaşında

Medianın İnkişafı Agentliyi  üç yaşında



Bu gün Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından üç il ötür.
Globalpress.az xəbər verir ki, Agentlik 2021-ci il yanvarın 12-də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılıb.

Agentlik medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Müvafiq sahənin inkişafını təmin etmək, bu sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək, aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əsas fəaliyyət istiqamətləridir.
Digər xəbərlər: