Gündəm / İqtisadiyyat / Cəmiyyət
Azərbaycan neftinin qiyməti artıb

Globalpress.az- ın məlumatına görə, Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,63 ABŞ dolları, yaxud 3,27 % artaraq 82,96 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 76,30 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.