Gündəm / Cəmiyyət / Sosial
15:50, 08 Ocak 2024
0

Bakının Baş Planında nələr var

Bakının Baş  Planında nələr  var



Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında şəhər iqtisadiyyatı təhlil edilib.



Baş Planda diqqəti cəlb edən çoxlu məqamlar var.
Globalpress.az həmin məqamları təqdim edirik:



*Paytaxtda nəqliyyat sıxlığını azaltmaq məqsədi ilə mərkəzdən kənarlarda "Universitet şəhərciyi” - Yeni bilik-biznes rayonu yaradılacaq.



*Qala qəsəbəsində və Xocasən gölü ətrafında dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi yaradılacaq.



*Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi yaradılacaq.

*Xocahəsən gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai park salınacaq. Burada yeni Nəbatat Parkı yaradılacaq.

*Mərdəkanın geniş ictimai nəqliyyat yönümlü şəhərsalma mərkəzinə çevrilməsi planlaşdırılır.

*Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı yaradılacaq.

*Bakının Sabunçu rayonunda, Böyükşor gölünün şimalında Eko-Sənaye Parkı yaradılacaq.


*Bakının Sabunçu rayonunda, Böyükşor gölünün şimalında Eko-Sənaye Parkı yaradılacaq.

*Bakının mərkəzindəki neft-kimya müəssisələrinin Səngəçal və Ələtə köçürülməsi planlaşdırılır.

*Hesablamalara görə 2040-cı ilədək Bakıda əhalinin mənzil tətələbatının ödənilməsi məqsədi ilə təqribən 200 min mənzilin təhvil verilməsi planlaşdırılır.

*Yeni mənzillərin tikintisi üçün Zığ gölünün və Böyükşor gölünün ərazisi təklif olunur.
Bakı bulvarı cənubda Bibiheybətə, şərqdə Zığa qədər genişləndiriləcək.

*“Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində tıxacın qarşısının alınması məqsədilə paytaxtın 2-ci şimal-qərb yeni giriş-çıxış yolu yaradılacaq.

*Xarici dairəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni dairəvi yollar yaradılacaq.

*Parkinq yerlərinin artırılması üçün mövcud yerüstü parklanma sahələrində yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək.

*Bakıda şəhərin mərkəzi ərazilərində avtomobil yollarında sürət həddinin 2027-ci ilədək 50km/saat, 2040-cı ilədək 30 km/saat müəyyən edilməsi nəzərdə tutulub.

*Bakıda hibrid yaşıl dəhlizlər yaradılacaq. Təklif olunan “28 May” Dəhlizi istismardan çıxarılmış dəmir yolu xəttlərinin şəhərdaxili hibrid yaşıl dəhliz kimi inkişafını ehtiva edir.

*Dəhliz xətti park vasitəsi ilə Gənclik metro stansiyasının ətrafını Bakı limanı və Bakı Bulvarı ilə birləşdirəcək.

*2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, o cümlədən Biləcəri stansiyası ilə Mərkəzi Bakı Stansiyası arasında 4 yeni stansiyanın tikintisi və Sumqayıta qədər uzanan xəttin üzərində Xırdalan şəhəri ərazisində yeni stansiyanın inşası nəzərdə tutulur.

*Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmiryolu dəhlizlərinin yaradılması, habelə Qaradağ rayonu ərazisində və Xocasən qəsəbəsində yeni dəmir yolu stansiyalarının yaradılması



*Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq

*Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq. O cümlədən Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulu

*“Mehdiabad-Dərnəgül-Ziya Bünyadov-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılıb. Məqsəd Bakının mərkəzi hissənin əlavə nəqliyyat yükündən qorunması, bu yükün mərkəzə daxil olmadan şəhərin şimal və şimal-qərb istiqamətlərinə doğru birbaşa hərəkətlərinin təmin edilməsi

*Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqlarının ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır

*Bakıda su hövzəsinin 50 m radiusunda bina tikintisinə qadağa qoyula bilər. Tikililər su hövzəsinə 50 m məsafədə yerləşdikdə və bina istismar üçün yararsız olduqda onun yenidən qurulmasına deyil, sökülməsinə dair qərar qəbul edilə bilər.
Digər xəbərlər: