Gündəm / İqtisadiyyat / Cəmiyyət
09:00, 25 Aralık 2023
0

Azərbaycan Rusiyaya 18ton yumurta göndərib

Azərbaycan  Rusiyaya  18ton yumurta  göndərib


Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (Rosselxoznadzor) bəyanatına əsasən, Rusiya Azərbaycandan yumurtanın ikinci partiyasını qəbul edib.
Globalpress.az xəbər verir ki, 18 ton və ya 306 min ədəd Azərbaycan süfrə yumurtasının ikinci partiyası Rusiyaya göndərilib.

Nazirlik malların dekabrın 21-də Yaraq-Kazmalyar keçid məntəqəsindən daxil olduğunu açıqlayıb.

Dekabrın 19-da Azərbaycandan Rusiyaya 612 min ədəd süfrə yumurtasının ilk partiyası gətirilib.

“Rosstat”ın məlumatına görə, təkcə dekabrda ölkədə toyuq yumurtasının qiyməti 4,23 faiz artıb. İl ərzində bir çox yerdə yumurtanın dəyəri il ərzində 42,41 faiz artıb və bu gün ölkə üzrə orta qiymət 104,23 rubl təşkil edir.

Dekabrda hökumət 2024-cü il yanvarın 1-dən iyunun 20-dək toyuq yumurtası idxal rüsumunun sıfırlanmasını təsdiqləyib. Hazırda vergi dərəcəsi 15 faizdir.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi dekabrın 20-də elan edib ki, toyuq yumurtasının qiymətində sabitlik Yeni ildən sonra yarana bilər. Nazirlikdən bildiriblər ki, buna yerli istehsalın artırılması və sıfır gömrük rüsumu ilə “dost ölkələrdən” məhsulların tədarükü kömək edəcək. Yaxın həftələrdə Türkiyədən yumurta tədarükü gözlənilir.

Dekabrın 17-də Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Türkiyədən yumurtaların Rusiyaya iki-üç həftədən sonra gəlməyə başlayacağını və bunun üçün 21 şirkətə təchizat icazəsi verildiyini bildirmişdi. Xarici tədarükçülər Rusiyaya təxminən 1,2 milyard yumurta göndərə biləcəklər.
Digər xəbərlər: