Gündəm / Hadisə / Dünya
10:40, 19 Aralık 2023
0

Zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb

Zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb


Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 118 nəfərə çatıb.

Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 116 nəfərə çatıb.
Globalpress.az xəbər verir ki, bu barədə Çin KİV- ri məlumat yayıb.

Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Qeyd edilir ki, Qansuda ölənlərin sayı 100-ə çatıb, Çinxayda isə 11 nəfər ölüb. Daha əvvəl 230-dan çox insanın xəsarət aldığı bildirilirdi.

Telekanalın məlumatına görə, Çin Sədri Si Szinin insanların axtarışı və xilas edilməsi, eləcə də Qansuda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün səylərin göstərilməsinə tapşırıq verib.

Axtarış-xilasetmə işləri çətin meteoroloji və coğrafi şəraitlə çətinləşib. Gecə zəlzələ zamanı çöldə havanın temperaturu -14 dərəcəyə enib.
Digər xəbərlər: