Gündəm / Cəmiyyət / Sosial
Hakan Fidan Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Ulu Öndərin məzarını, “Türk şəhidliyi” abidəsini və Şəhidlər xiyabanını ziyarət edib.
Globalpress.az xəbər verir ki, əvvəlcə Fəxri xiyabana gələn Hakan Fidan xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonra şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının da məzarları ziyarət olunub, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Daha çox xəbər:

Rusiyanın Baş naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Volodin Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Latviya Prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi