Gündəm / Cəmiyyət / Səhiyyə
Resept əsasında dərmanlar pulsuz veriləcək

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə yeni tibbi xidmətlər əlavə ediləcək.
Globalpress.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib.
Onun sözlərinə görə, İcbari tibbi sığortanın Xidmətlər Zərfinin təkmilləşdirilməsi üzərində işlənilir:
"Mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur. İlk il ürək-damar sistemi xəstəlikləri, ikinci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik.
Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək".
Daha çox xəbər:

Azərbaycanda diş müalicəsi nə vaxt pulsuz olacaq? - AÇIQLAMA

Azərbaycanda daha 700 xidmət icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edilir

Bu xidmətlər icbari tibbi sığorta hesabına həyata keçiriləcək

İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların SİYAHISI

Uşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq