Gündəm / Siyasət / Dünya
AK sədri çağırış edib

Biz sübut etməliyik ki, Ukraynanı dəstəkləmək nə qədər lazımdır.
Globalpress.az xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının (AK) sədri Leyen bildirib.
Xanım Leyen Avropa İttifaqı (Aİ) ölkələrini lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə çağırıb.
Leyenin Avropa liderlərinin əsas sammiti ərəfəsində verdiyi bəyanatlar Macarıstanın Kiyevə daha çox yardım göstərməsi ilə bağlı tənqidi fikirləri ilə kəskin ziddiyyət təşkil edir.
Qeyd edək ki, Macarıstan Ukraynaya əlavə maliyyə yardımına qarşıdır və Budapeşt Brüsseldə blok liderlərinin sammitində Kiyevin Aİ-yə üzvlük təklifini irəli sürmək planlarına veto qoyacağı ilə hədələyib.
Ursula von der Leyen isə deyib: “Biz sübut etməliyik ki, Ukraynanı dəstəkləmək nə qədər lazımdır”.
Mənbə // Reuters