Gündəm / Cəmiyyət
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində bugünədək 1 tondan artıq işlənmiş batareya təhvil alınıb

”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində “Araz” marketlər şəbəkəsinin Space, Azadlıq filiallarından, “Bravo” marketlər şəbəkəsinin Koroğlu hipermarket filialından, “Rahat” marketlər şəbəkəsinin Nəsimi filialından ümumilikdə 49 kq işlənmiş batareya toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
Qeyd edək ki,”Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı ürəklər” Fondu tərəfindən 1 may 2022-ci il tarixində start verilib. Layihə çərçivəsində bugünədək 1043 kq batareya toplanılıb.
Bu prosesə töhfə verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edirik.


Daha çox xəbər:

“Tullantıları ekoçantaya dəyiş” aksiyası vətəndaşlar arasında böyük marağa səbəb olur

Bravo marketlər şəbəkəsində satıcı və alıcı əlbəyaxa dava etdilər.

Tədarük məntəqələrinə 119 tondan çox yaş barama təhvil verilib

DİN məlumat yayıb

Daha bir erməni hərbçinin cəsədi tapılaraq Ermənistana təhvil verildi