Gündəm / Cəmiyyət
“Tullantıları ekoçantaya dəyiş” aksiyası vətəndaşlar arasında böyük marağa səbəb olur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Rahat” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 26 avqust tarixində Neftçilər metro stansiyasının yaxınlığındakı “Rahat” marketin qarşısında keçirilib.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 1418 litr olan plastik butulka, 214 litr olan şüşə butulka və 105 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər. Azyaşlı uşaqlara isə kitablar hədiyyə olunub.
Aksiyalarda fəal iştirak edərək tullantıların təkrar emalına dəstək olan bütün vətəndaşlara təşəkkür edir, hər kəsi çoxistifadəlik ekoçantalardan istifadəyə səsləyirik.


Daha çox xəbər:

“Təmiz ölkəm” təmizlik aksiyası çərçivəsində Xəzərin Hövsan sahili tullantılardan təmizlənib

Sahilyanı təmizlik aksiyası keçirildi - FOTOLAR

"Yaşıl Marafon” çərçivəsində növbəti ağacəkmə aksiyaları keçirilib - FOTO

Ümumrespublika təmizlik aksiyaları davam edir

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşları qəbul edib