Gündəm / Cəmiyyət / Sosial
17:40, 08 Aralık 2023
0

Şuşaya prokuror təyin edildi

Şuşaya prokuror təyin edildi



Şuşa rayonuna prokuror təyin edilib.
Globalpress.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.



Qeyd olunub ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nəriman Əsədov Şuşa rayonuna prokuror təyin edilib.



Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən, Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.



Xatırladaq ki, N.Əsədov bu təyinatadək Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş İdаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb. R.Həsənov isə bu təyinatadək Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib
Digər xəbərlər: