Gündəm / Siyasət / Dünya
14:15, 05 Aralık 2023
0

Bayramov və Lavrov Bakı - İrəvan münasibətlərini müzakirə ediblər

Bayramov  və Lavrov  Bakı -  İrəvan  münasibətlərini müzakirə ediblər



Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurası çərçivəsində Moskvada keçirilən görüşdə bir araya gəliblər. Nazirlər Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyini təsdiqləyiblər.
Globalpress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərin cari məsələlərinə də toxunulub, qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi təsdiq edilib”, – məlumatda deyilir.
Digər xəbərlər: