Gündəm / Siyasət / Dünya
Belçika Ukraynaya F- 16 verəcək

Belçika hökuməti Ukraynaya hərbi yardım çərçivəsində F-16 qırıcı təyyarələrinin 2025-ci ildə tədarük ediləcəyini təsdiqləyib.
Globalpress.az xəbər verir ki, bunu Krallığın müdafiə naziri Ludivine Dedonder ukraynalı həmkarı Rustem Umerovla görüşü zamanı bildirib.
Görüş zamanı tərəflər Ukraynaya F-16 qırıcı təyyarələrinin göndərilməsi, ukraynalı pilotların Belçikada hazırlanması, təyyarələr üçün lazımi avadanlıqların tədarükü məsələlərini müzakirə ediblər.
Ukraynalı nazir Ukrayna Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin gücləndirilməsində Belçika Krallığının davamlı dəstəyini və hərtərəfli iştirakını ölkəsinin yüksək qiymətləndirdiyini vurğulayıb.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, Belçika Krallığından Ukrayna Silahlı Qüvvələrinə indiyə qədər ümumi texniki yardımın dəyəri 320 milyon avrodan çoxdur.